OnePlus şirkətinin 5G texnologiyalı smartfonunun qiymət göstəricisi məlumatı ortaya çıxdı



    OnePlus da digər şirkətlər kimi özünün 5G texnologiyalı smartfon modeli üzərində çalışır. Bugün isə sözügedən smartfonun qiyməti barəsində məlumat ortaya çıxıb. Belə ki. Fudzilla saytının verdiyi məlumata əsasən OnePlus 5G smartfonunun qiyməti təqribi olaraq 650$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 6T modelinin qiyməti 100$ daha ucuzdur.

    Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, söhbət heç də OnePlus 7 smartfonundan getmir. Şirkətin 5G texnologiyalı smartfonu tamamilə başqa seriyaya aid olacaq. Smartfonun texniki göstəriciləri barəsində hələki məlumat yoxdur. Lakin çox güman ki, o, Snapdragon 8150 prosessoru (digər adı Snapdragon 855) və Qualcomm şirkətinin Snapdragon X50 adlı 5G modemi ilə təchiz olunacaq. Şirkətin ilk 5G texnologiyalı smartfonu gələn ilin əvvəlində təqdim olunmalıdır. Çox güman ki, smartfon gələn ilin Fevral ayında keçiriləcək MWC 2019 tədbirində təqdim olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar