Elon Musk, Big Falcon Rocket raket sisteminin adını dəyişmək qərarına gəldi



    SpaceX şirkətinin CEO-su Elon Musk, Big Falcon Rocket sisteminin yeni kosmik gəmisinin adını dəyişmək qərarına gəlib. Beləliklə Big Falcon Rocket sisteminin yeni kosmik gəmisinin adı Starship adlanır. Daha dəqiq desək, Starship kosmik gəminin bir hissəsinin adı olacaq. Starship kosmik gəmisini kosmosa göndərəcək raket sisteminin adı isə Super Heavy olacaq. “BFR sisteminin adının Starship-ə dəyişdirilməsi. Texniki tərəfdən burda iki hissə var: Starship raket sisteminin kosmik gəmisi hissəsidir. Super Heavy isə Yer kürəsinin cazibə qüvvəsini keçməyə kömək edəcək raket sisteminin adıdır” – deyə Musk bildirib

    İstifadəçilərdən biri qeyd edib ki, kosmik gəmi digər ulduz sisteminə səyahətə göndərilməyənə kimi o, Starship adlana bilməz. Musk isə buna cavab olaraq bildirib ki, kosmik sistemin növbəti versiyası bu tapşırığın öhdəsindən gələcək. BFR sistemi planetlərarası kosmik gəmi sistemidir. Gələcəkdə o, şirkətin Falcon 9Falcon Heavy raketlərini əvəz edəcək. Qeyd etmək lazımdır ki, sözügedən raket sisteminin uzunluğu 118 metrdir və o, kosmosa 100 ton ağırlığında faydalı yük daşımaq qabiliyyətinə sahibdir. BFR sisteminin yaradılmasına hələ təzəcə start verilib. Lakin buna baxmayaraq SpaceX şirkəti artıq Ay ətrafı ilk turistik uçuş müqaviləsini bağlayıb. Belə ki, 2023-cü ildə yaponiyalı milyarder Yusaku Maezawa BFR sistemi vasitəsilə ilk turistik uçuşu reallaşdıracaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar