"Facebook"da mesajlar avtomatik silinəcək


"Facebook"da mesajlar avtomatik silinəcək


"Facebook"da yeni dövr başlayır. ANS PRESS-in məlumatına görə, yaxın günlərdə sosial şəbəkədə "öz-özünü təmizləyən” mesaj dövrünə start veriləcək. Bundan sonra istifadəçilər göndərdikləri mesajların bir müddət sonra silinməsini təmin edə biləcəklər.

Son zamanlar sosial şəbəkələrin və mesajlaşma proqramlarının istifadəçi gizliliyinə, təhlükəsizliyinə xüsusi önəm verdiyinin şahidi oluruq. “Facebook”un sahib olduğu "WhatsApp"ın təhlükəsizlik tədbirlərini gücləndirməsindən sonra indi də sosial şəbəkə bu addımı atıb.

Şirkətdən verilən məlumata görə, tezliklə istifadəyə veriləcək yeni tətbiq sayəsində istifadəçilərin yazdığı mesajlar bir müddət sonra onların istəyindən aslı olaraq silinəcək. Belə ki, proqram istifadəçiləri mesajların silinməsi üçün gün, ay, il seçə biləcəklər.

Mesajlarının silinməsini istəməyən insanlar bu funksiyadan istifadə etməyə bilərlər. Bununla bərabər “Facebook”un mesencerin “gizli söhbət” tətbiqini də istifadəyə verməsi gözlənilir. Hələ ki İOS sistemlərdə mövcud olan bu yenilik tezliklə Androidlərdə də tətbiq ediləcək.

Ötən ay “WhatsApp” göndərilən bütün mesajları, şəkilləri, səs yazmaları şifrələyib. Belə ki, göndərdiyiniz ismarışlar heç bir üçüncü şəxs tərəfindən sındırıla bilməyəcək. Hətta şirkətin özü belə göndərdiyiniz mesajları görmək imkanlarına sahib olmayacaq.

Mənbə: anspress


Statistika
Xəbərlər: 6972
+3

Rəylər: 13312
+0

İstifadəçilər: 48196
+4


Qrup üzrə:
Adminlər: 6
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48188

Vaxt üzrə:
Bu gün: 4
Dünən: 12
Həftə ərzində: 54
Ay ərzində: 169

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar