İKT məhsulları üçün rüsumlar ləğv ediləcək


İKT məhsulları üçün rüsumlar ləğv ediləcək


2016-cı ilin iyulundan etibarən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olan ölkələr məişət elektrotexnikası və informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsulları üçün vergi rüsumlarını ləğv etməyə hazırlaşır.

Təşkilat bununla bağlı üzv ölkələrlə saziş imzalayıb.


Rüsumların 7 il ərzində mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Ləğv olunan elektrotexnika və İKT məhsulları sırasına 130 mal kateqoriyası daxildir ki, bu da idxalın ümumi həcminin təxminən 88 faizini təşkil edir. Bura oyun qurğuları, televizorlar və GPS qəbulediciləri, eləcə də mikroelektronika sxemləri daxildir.

2019-cu ilədək sazişin 95 faizinin həyata keçirilməsi, yeddi il sonra 201 məhsul kateqoriyasının (sensor ekranlar, telekommunikasiya peykləri, çap plata istehsalı vasitələri, bir sıra tibbi ləvazimatlar və s.) rüsumlardan azad olunması planlaşdırılır.

Digital Europe Assosiasiyasının qiymətləndirməsinə görə, ləğv olunacaq rüsumların illik məbləği 50 milyard dollara yaxın olacaq ki, bu da dünya ümumi daxili məhsulun həcmini 190 milyard dollar artırmağa imkan verəcək.


Statistika
Xəbərlər: 6972
+2

Rəylər: 13312
+0

İstifadəçilər: 48219
+2


Qrup üzrə:
Adminlər: 6
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48211

Vaxt üzrə:
Bu gün: 2
Dünən: 7
Həftə ərzində: 28
Ay ərzində: 175

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar