USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?

Universial Serial Bus yəni USB texnologiyası heç şübhə yoxdur ki texnologiya dünyasının son illərdəki ən əhəmiyyətli inkişaflarından biridir. Təqdim etdiyi imkanlar və son dərəcə geniş istifadə sahələri USBni bu gün üçün bənzərsiz bir nöqtəyə daşımaqdadır.
İnteldə işləyən Ajay Bhatt tərəfindən inkişaf etdirilən ilk USB o gündən bu günə qədər bir çox dəyişikliyə məruz qalmışdır. Lakin ən həyəcan verici dəyişmə son vaxtlarda həyata keçib. Məlumat köçürmə sürətinin USB 2.0′yə görə (nəzəri olaraq) 10 qat artıran USB 3.0′ün yavaş-yavaş həyatımıza girdiyi bu günlərdə hər istifadəçinin yeni nəsil super sürətli USBləri hamının daha yaxından tanıması artıq şərtdir.

1 - USB Nədir?
Universal Serial Bus, kompüter və xarici təchizatların birləşməsini təmin edən bir əlaqə formasıdır. Hindli kompüter mühəndisi Ajay V. Bhatt tərəfindən 1996′da inkişaf etdirilən USB, dörd telli əlaqə ilə işləyirdi. Tax İşlət xüsusiyyəti təqdim etməsi sayəsində bir çox xarici təchizat modulunun standart kompüter əlaqəsi üsulu halına gəldi. Siçan, Klaviatura, skaner kimi təchizat cihazlarının yanında ağıllı telefonlar, oyun konsolları kimi daha inkişaf etmiş cihazlar tərəfindən də istifadə olunur.

2 - USB 3.0 Nədir?
İlk olaraq 17 Sentyabr 2007′də İntel tərəfindən təqdim olunan USB 3.0 (ya da super sürətli USB) bir əvvəlki USB 2.0′yə görə performans və güc baxımından çox əhəmiyyətli üstünlüklər təmin edir. USB 2.0′də əlaqə dörd telli bir quruluş ilə təmin edilərkən USB 3.0′ün əlaqəsi doqquz tel ilə təmin edilməkdə və çox ciddi bir sürət fərqi meydana gəlməsinə gətirib çıxarmaqdadır.
USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


3 - USB 3.0 Nə Qədər Sürətlidir?
Birdən çox kanaldan eyni zamanda məlumat transferi edə bilməsi səbəbiylə USB 3.0, özündən əvvəlki USB 2.0′yə nisbətlə artırılmış bir məlumat transfer sürəti təqdim edir. USB 3.0′ün nəzəri olaraq çata biləcəyi ən yüksək sürət 4,8 Gbit/san olaraq açıqlanmaqdadır. Yəni USB 2.0 480 Mbit/san sürətinin tam 10 qatına çatması mümkündür.
Lakin USB 2.0′nin də çox vaxt nəzəri sürəti olan 480 Mbit/san-yə çata bilmədiyi və 250 Mbit/san ətrafında qaldığı düşünüldüyündə, praktikada USB 3.0′ün çatması gözlənilən ən yüksək sürətin 3Gbit/san ətrafında olacağı təxmin edilir. Bu vəziyyətdə belə USB 3.0′ün təqdim etdiyi sürət SATA-II ilə yarışar vəziyyətdə olmaqdadır.
Daha aydın olar bir ifadəylə GBlər tərəfindən məlumatı USB 3.0 ilə transfer etmək yalnız saniyələr aparmaqdadır.

4 - Bu Sürətlə Mən Nələr Edə bilərəm?
Bu sürət son istifadəçinin birbaşa təcrübə edəcəyi və gündəlik həyatında aktiv olaraq istifadə edəcəyi imkanlar təqdim edir. Gedərək inkişaf edən video texnologiyası və HD video kameraların yayılması, qısa videoların belə böyük fayl ölçülərində yazılmasına gətirib çıxarır. Bu videoların köçürülməsi və ya oynadılması üçün USB 3.0′ün təqdim etdiyi sürət əhəmiyyətli bir üstünlük və video kamera istehsalçılarının fayl ölçüsünü göz ardı edərək daha keyfiyyətli qeyd imkanları təqdim etməsinə yol aça biləcək.
Bunun yanında kompüterə USB yoluyla bağlanan xarici disklərin istifadəsi, məlumat transferi sürəti baxımından artıq daha təsirli hala gələ bilər.

USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


5 - Bu Sürətə Gətirib çıxaran Texniki Xüsusiyyətlər Nələrdir?
USB 2.0′də istifadə edilən dörd teldən biri güc, biri torpaq, ikisi isə məlumat transferi üçün istifadə edilir. Məlumat transferini təmin edən tellər tək istiqamətli işləyir, yəni eyni anda yalnız ya yazır, ya oxuyur.
USB 3.0′də isə bir tel hələ güc üçün istifadə edərkən, torpaqlama üçün istifadə edilən tel sayı ikiyə çıxır və 2 tel də normal sürətdə məlumat transferi təmin edir. Əsl fərqi yaradan isə digər 4 teldir. Bunlardan ikisi yalnız oxumaq, digər ikisi isə yalnız yazmaq üçün istifadə edilir.
Yəni USB 2.0′dən fərqli olaraq 3.0 yalnız daha sürətli deyil, eyni anda həm məlumat almağı, həm də göndərməyi mümkün edir. Bu vəziyyət xüsusilə məlumat mübadiləsi edilən vəziyyətlərdə, hər iki tərəfdəki məlumatları eyni anda göndərmək üçün çox əhəmiyyətli bir xüsusiyyətdir.

USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


6 - USB 3.0′ün Enerji İstehlakı Nə Vəziyyətdədir?
Sürət xaricində USB 3.0′ün ən əhəmiyyətli xüsusiyyətlərindən biri daha az enerji istehlakına malik olmasıdır. Bunu təmin edən isə daha əvvəlki USB modellərində olmayan yeni bir xüsusiyyətdir. Artıq cihazlar işə başlayacaqlarında digər tərəfə bununla əlaqədar bir siqnal göndərəcəklər. Bu siqnal ilə birlikdə USB 3.0 cihaza enerji göndərməsinə başlayacaq. Cihazlar aktiv olmadığı anlarda isə USB üzərindən lazımsız enerji nəqli reallaşmayacaq.

7 - Güc (Enerji) Mübadiləsində Dəyişiklik Var?
USBin təmin etdiyi ən əhəmiyyətli üstünlüklərdən biri də cihazlara güc (enerji) köçürərək işlərini və ya dolmalarını təmin edə bilməsidir. Köçürülən güc isə USBnin tutumu ilə məhduddur. USB 2.0′də 100 mA bir-bir olan güc çıxışı USB 3.0 ilə 150 mAə yüksəldildi. 3.0′ün eyni anda 6 vahid güc çıxışı təmin etməsi isə maksimum 900 mA güc köçürməsinin mümkün ola biləcəyi mənasını verir. USB 2.0′də isə güc axını ən çox 500 mAə çata bilirdi.
İşləmək üçün daha çox gücə ehtiyacı olan cihazlar bu sayədə USBi çox daha rahat istifadə edə bilərlər və dolma müddətləri ciddi nisbətdə azalar. Eyni səbəbdən birdən çox cihazı işlətmək USB 3.0 ilə daha asan hala gəlib. USB 3.0′ün eyni anda tam 127 cihaz əlaqəsinə imkan təmin edə bilməsinin ardında da bu xüsusiyyət dayanır.

USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


8 - USB 3.0 Əvvəlki USBlər İlə Uyğundur?
USB 3.0, həm USB 1.1 həm də USB 2.0 ilə tamamilə uyğundur. Lakin 3.0′ün üstünlüklərindən faydalana bilməsi üçün həm əlaqə nöqtəsinin, həm də cihazın USB 3.0 xüsusiyyəti daşıması lazımdır. Əgər hər hansı biri daha köhnə bir USB modelinə sahibdirsə, köhnə modelin sürəti və xüsusiyyətləri istifadə olunur.

9 - USB 3.0 Kabellərində Bir Fərq Var?
USB 3.0, daha əvvəl olmayan 5 yeni tel özündə birləşdirir. Ayrıca bütün tellər elektro maqnetik sahələrdən təsirlənməməsi üçün xüsusi bir örtməyə sahibdir. Bu səbəblə USB 3.0′ün kabelləri, USB 2.0′yə görə daha qalın, daha az elastik və (qaçınılmaz olaraq) daha bahalıdır.
Bütün bu səbəblər kabellərin maksimum uzunluğuna da təsir edir. USB 2.0 ilə ən təsirli istifadə üçün tövsiyə edilən kabel uzunluğu 5 metr olarkən, USB 3.0′də kabellər ən çox 3 metr ilə məhdud olmaqdadır.

USB 3.0 ilə USB 2.0 Arasında fərq nələrdir?


10 - Hansı Əməliyyat sistemləri USB 3.0′ü Dəstəkləyir?
Windowsun ən yeni iki əməliyyat sistemi də bu anda USB 3.0 dəstəyinə sahibdir. 8 və 7 xaricində ən çox maraqlanılan isə XPin bu dəstəyi təqdim edib təqdim etməyəcəyidir. XPin istifadə nisbəti hələ çox yüksək olmasına baxmayaraq Microsoftun, XPdən Windows 7′ye keçişi sürətləndirmək istəməsi və 9 yaşındakı əməliyyat sistemini daha çox inkişaf etdirməyə zaman ayırmaq üçün həvəsli olmaması böyük ehtimalla veteran XPin bu dəstəkdən məhrum qalacağı mənasını verir. Digər tərəfdən pərəstişkarlarının çoxluğu düşünüldüyündə XP üçün rəsmi olmayan USB 3.0 sürücüsü (driver) çıxması da bir ehtimaldır.
Digər tərəfdən Linuxun və Macında USB 3.0 dəstəyi vardır.

11 - USB 3.0, 2.0′ni İstifadədən Çıxaracaq?
Gec tez USB 2.0 istifadədən çıxacaq amma hələ yaxın gələcəkdə deyil. Hər il ortalama 2 - 3 milyard arası yeni USB cihaz satıldığı təxmin edilir və bu anda bazardakı cəmi USB 2.0 cihazların sayı 10 milyardı keçmiş vəziyyətdədir. Onsuz da daha ucuz olan USB 2.0 cihazların istehsalçıları, USB 3.0 təzyiq edərək qiymətləri də bir az daha aşağı çəkərək rəqabət üstünlüyü təmin etməyə çalışacaqlar.
Bunun yanında USB 3.0′ün inkişaf etmiş xüsusiyyətləri hər USB cihaz üçün eyni dərəcə əhəmiyyəti deyil. Bir siçan və ya klaviaturanın USB 2.0 yerinə USB 3.0 istifadə etm'si, istifadəçi baxımından hiss edilə bilər bir fərqə gətirib çıxarmayacaq. Bu da bu tip cihazlarda 3.0′ün seçilməməsinə gətirib çıxaracaq.

Yəni USB 2.0 və 3.0 uzun müddət bir yerdə varlıqlarını davam etdirəcəklərini mümkün etmək olar. USB 3.0′ün önə keçməsi isə daha uzun illər alacaq kimi görünür…


Hazırladı və tərcümə etdi Tural Ağayev
Məlumatdan istifadə edilən istinad elməsi vacibdir.

Dil interfeysi: Rusca & İngiliscə

Dəyəri:Pullu [Açar mövcuddur]

Rəsmi saytı: http://windows-az.com


Təəssüratlar 11
ACCOUNTANT
Bu dəyərli mlumat üçün təşəkkürlər.Həqiqətən maraqlı idi.
tezliklə saytımızda USB 3.0 VƏ USB 3.1 fərqləri haqqında məqalə də paylaşacağıq
Karb10
Məlumat üçün təşəkkürlər
Graf_Drakula
Çox sağol Təşəkürlər
Məlumat üçüün sağol...
azeyneddin
Bir müddətdir ki, öyrənmək istəyirdim...В 
Minnətdaram!..
Elit-killer
əla bilirdim bunu amma daha ətraflı öyrəndim.çoxsağol.
məlumat üçün təşəkkürlərВ Tural Ağayev
senedeqalmaz
Cox sağol ətraflı məlumata görə .Yəqin ki ardı gələcək
AQIL_ISMAYIL
Təşəkkürlər Tural məlumat üçün çox sağ ol
TΛNNΞЯ
Tural halal ele melumati goturdum arxive
Statistika
Xəbərlər: 6972
+0

Rəylər: 13291
+0

İstifadəçilər: 48298
+1


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 1
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48289

Vaxt üzrə:
Bu gün: 1
Dünən: 3
Həftə ərzində: 19
Ay ərzində: 104

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar