İntel Mobil Prosessrlarının i7 seriyasındakı U hərfinə DİQQƏT


İntel Mobil Prosessrlarının i7 seriyasındakı U hərfinə DİQQƏT


Məlum olduğu kimi intel prosessorlarında modelin adında rəqəmdən sonra bir və ya bir neçə hərfdə yazılır. Diqqət etsəniz hazırda ölkəmizdə satılan notebookların çoxlarında prosessorların sonu U hərfi ilə bitir.
U - ultra-low power, yəni olduqca aşağı güc istehlakı. Bəs faydası nədir desəniz Batareya ömrünü uzatmaq demək olar. Əsasən 17w TDP (thermal design power) enerji ilə soyutma sisteminin başa çıxa biləcəyi maksimum enerji miqdarı nəzərdə tutulur.
Buradakı cədvəldə demək olar ki, bütün intel prosessorlarına (i3, i5, i7) bu hərfə rast gəlirik

İntel Mobil Prosessrlarının i7 seriyasındakı U hərfinə DİQQƏT


Cədvəli araşdırılarkən U sıralarındakı qəribəlik dərhal gözə çarpır, məsələn; İ7 lərdəki U seriyalarında cache miqdarı 6 əvəzinə 4, nüvə sayı isə 4 əvəzinə 2 göstərir, unutmadan birdə sonunda Y olana rast gəlsəniz bilin ki o da eyni U kimidir. Əgər i5 seriyasından bir U ya rast gəlsəniz onlarda nüvə sayı və cachede fərq yoxdur. i7 seriyası prosessora malik bir Noutbuk almağı düşünürsünüzsə U hərfinin mənası UNUT-dur yəni uzaq durun. Artıq demək olar ki, hər yerdə cərəyan mənbəyi tapmaq mümkündür, Batareya daha uzun müddət dözsün deyə cacheden, nüvə sayından qənaət etmək şəxsən mənim o qədərdə məntiqli bilmədiyim bir məsələdir.

Digər hərflərə qısaca bir nəzər salsaq:
K – razqonun mümkün olduğu mәnasını verir.
X – ekstrim mәnasını verir, intel-in istehsal etdiyi әn güclu prosessorlar
M – mobil mәnasını verir noutbuklar üçün nәzәrdә tutulub, Q(quad) – 4 nüvәli
MX – ekstrimal mobil prosessorlar
MQ, QM – 4 nüvәli mobil prosessorlar
HQ – yüksәk keyfiyyәtli qrafikası olan mobil prosessorlar
P – razqonun mümkün olmadığı prosessorlar
L – enerjieffektli prosessorlar
S – Enerji qənayətli prosessorlar
T - Aşağı güclü prosessorlar

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
https://yuanpaygroup.site/index.html